Paralel.az " xəbər verir ki, nazir ..."> Paralel.az " xəbər verir ki, nazir ...">

Liberman evində təcrid olunacaq

 

İsrailin maliyyə naziri Aviqdor Libermanın koronavirus testi müsbət çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.

"Özümü yaxşı hiss edirəm və yaxın bir neçə günü Nokdimdəki evimdə təcrid olunmuş vəziyyətdə keçirəcəyəm", - Liberman qeyd edib.

Maliyyə naziri bundan sonra da distant rejimdə işləməyə davam edəcəyini qeyd edib.

Bundan əvvəl İsrailin xarici işlər naziri Yair Lapiddə koronavirus aşkarlanıb.

0.16140198707581