Paralel.az " xəbər verir ki, bu ..."> Paralel.az " xəbər verir ki, bu ...">

Səfir: "Azərbaycan Ordusu Türkiyə modeli ilə qurulub"

 

"Bizim siyasətimiz xalqlarımızın dostluğuna, qardaşlığına cavab verməlidir".

Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir Türkiyə-Azərbaycan qardaşlığının nümunə olduğunu bildirib: "Türkiyəsiz Azərbaycan olmayacaq. Azərbaycansız da Türkiyə zəif olacaq. Türkiyə heç bir dövlət üçün təhlükə yaratmır, yaranan təhdidləri üstələyir. Türkiyə-Azərbaycan qardaşlığı nümunədir".

İki ölkənin birgə həyata keçirdiyi layihələr barədə danışan səfir bildirib ki, Azərbaycanın Türkiyədə təkcə enerji sektoruna 19,5 milyard dollar sərmayə yatırıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu Türkiyə modeli ilə qurulub.

0.18334817886353