Rusiya qoşunları da Qazaxıstandan çıxdı

 

Rusiyanın KTMT tərkibində olan hərbçiləri bu gün səhər saatlarında Qazaxıstanı tərk edib.
 “Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb:

“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstandakı Rusiya sülhməramlılarının bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar”.

On beş İl-76 və üç An-124 təyyarələri İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. 

Mürtəza
Demokratikmusavat.com

0.11470484733582