İlham Əliyev: "Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var"

 

Demokratikmusavat.com xəbər verir ki, bu fikirləri Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında söyləyib.

“Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.

0.16669392585754