"Rusiyanın səbri tükənib"

 

Sergey Lavrov: "Qərbə görə Rusiyanın səbri tükənib"

"Qərbin Rusiyanın təhlükəsizliyini təhdid edən və təhlükəsizlik müqavilələrinin imzalanmasına töhfə verməyən hərəkətləri üzündən Moskvanın səbri tükənib. İndi o, Vaşinqton və Brüssel nümayəndələrindən cavab gözləyir".

Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

"Bizim səbrimiz sona çatdı", - diplomat deyib. Onun sözlərinə görə, indi NATO və ABŞ-ın cavab addımları atmasının vaxtıdır.

Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirildi: bu görüş Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra (9-10 yanvar) baş tutub. Danışıqlarda tərəflər Moskvanın dərc etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO ilə saziş layihələrinə toxunublar.

Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukraynanı blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazalar yaratmaqdan çəkinmək üçün hüquqi təminat tələb edir.
Akif Nəsirli

0.12573909759521