Dollar bosslarından siqnal: “Fırtına mart ayında başlaya bilər”

 

Demokratikmusavat.com xəbər verir ki, sabahdan etibarən xarici dünya ilə əlaqəni kəsəcək FED rəsmiləri həftə boyu çıxışlarda inflyasiya ilə mübarizə üçün mart ayından etibarən faiz artırmağa başlayacaqlarının siqnalını veriblər.
Növbəti iclasdan əvvəl açıqlama verən ABŞ Federal Ehtiyat Sistemi rəsmiləri sırasına idarə heyətinin üzvü Lael Brainard da əlavə edilib. Brainard iki illik epidemiya ilə mübarizədən sonra mövcud sıfıra yaxın faiz dərəcələrinin tezliklə qaldırılacağına işarə edib.
Brainard dünən Senatın bank komitəsinə bildirib ki, FED  “bu il bir neçə faiz artımını gözləyir”.
“Aktiv alışları dayandırıldıqda... biz bunu edə biləcək vəziyyətdə olacağıq” deyən Brainard, mərkəzi bankın mart ayında başa çatacaq aktiv alışlarını dayandırmasına işarə edərək, faiz dərəcələrinin artırılması ehtimalına yol açıb.
 Xəbərə görə, FED-in siyasət toplantısı 15-16 mart tarixlərində keçiriləcək.
Yanvarın 25-26-da keçiriləcək pul siyasəti iclasından əvvəl prosedurlar səbəbiylə, sabahdan etibarən xarici dünya ilə əlaqəni kəsəcək Fed səlahiyyətliləri bu həftəki çıxışlarında faizlərin mart və dördüncü aydan etibarən artacağına işarə edən ifadələr işlədiblər.
Nigar

0.13852405548096