Növbəti qətl hadisəsi...

 

Ağsu rayonundan Demokratikmusavat.com-a verilən məlumata görə rayona əmisigilə qonaq gedən Məmmədkərim Dərgahlı qətlə yetirilib. 

Məmmədkərimin atası Kərim Dərgahovun dediyinə görə, 29 yaşlı oğlu əvvəlcə 10 nəfər tərəfindən döyülüb. 

Qeyd edək ki, Kərim Dərgahov oğlunun qətli ilə bağlı istintaqı aparan Ağsu rayon prokurorluğundan şikayətçidir.

Onun sözlərinə görə, oğlu Məmmədkərim hadisədən təxminən 3 ay əvvəl Ağsunun Padarqışlaq kəndindən qız qaçırdığına görə, müstəntiq ondan izahat alıb, qız öz istəyi ilə gəldiyini deyib. Toy edəcəkdik, qohumlarımızda yas var idi deyə toyu ilin sonuna saxlamışdıq. Amma edə bilmədik. 

Dekabrın 13-də Ağsuya əmisigilə qonaq gedən oğlumu axşam saat 8-9 radələrində orada 10 nəfər döyüb, bir neçə nəfər əl-qolundan tutub və müqavimət göstərə bilməməyindən istifadə edərək bıçaqlayıblar. Həmin şəxslər qızın qohumlarıdır. Qız da indi elə bizimlə birlikdə yaşayır, evlərinə qayıtmadı”. 

Şahnaz Salehqızı

0.12854599952698