Belarus KİV-nə qarşı sanksiyalar mənfi qiymətləndirilib

 

Demokratikmusavat.com xəbər verir ki, Belarus KİV nümayəndələrinə qarşı şəxsi sanksiyalar senzuranın təzahürü və söz azadlığının pozulması kimi qiymətləndirilib: “Belarus İnformasiya Nazirliyi Aİ və Böyük Britaniyanın Belarus KİV nümayəndələrinə qarşı şəxsi sanksiyalar tətbiq etməsi ilə bağlı xəbərdən çox hiddətlənib. Bu dəfə məhdudlaşdırıcı tədbirlər və təzyiqlər əlavə olaraq dövlət media rəhbərlərinə, sıravi jurnalistlərə şamil edilib.
Avropa hakimiyyət orqanları bununla jurnalistikanın qəbul edilmiş standartlarını bərabərləşdirmək və senzuranı gücləndirmək kursunu davam etdiriblər”.
Nigar

0.14021515846252