Berlində Angela Merkellə Almaniya kansleri vəzifəsindən təntənəli vida mərasimi keçirilib.

 

Demokratikmusavat.com "INC news"ə istinadən xəbər verir ki,
Merkelin dekabrın 8-də Almaniya hökumətinin başçısı vəzifəsini dayandıracağı gözlənilir.

Dekabrın 2-də Berlində Angela Merkelin Almaniya kansleri vəzifəsindən getməsi şərəfinə Axşam Şəfəq mərasimi keçirilib. Tədbiri Bundesver - ölkənin silahlı qüvvələri təşkil edib.

Mərasim Merkelin 16 illik hakimiyyətdən sonra hökuməti tərk etməsindən əvvəl mühüm məqam idi. O, gələn həftə - dekabrın 8-dək kansler postunu rəsmən tərk edəcək.

Yeri gəlmişkən, “Axşam Şəfəqi” mülki vətəndaşın hərbçilərdən ala biləcəyi ən yüksək hörmət əlaməti hesab olunur. Onun tarixi 16-cı əsrə gedib çıxır, lakin Almaniya kansleri bu şərəfə yalnız 1998-ci ildə, Helmut Kol AFR hökumətinin başçısı postunu tərk etdikdən sonra layiq görülüb.

Bu dəfə tədbir Merkelin qısa çıxışı ilə başlayıb, bundan sonra hərbi orkestr qəhrəmanın seçdiyi üç əsər də daxil olmaqla bir neçə kompozisiya ifa edib.

Almaniyanın yeni kanslerinin Sosial Demokrat Partiyasının müvəqqəti sədri Olaf Şolz olacağı gözlənilir. Son üç ildə o, Merkel hökumətində vitse-kansler və maliyyə naziri olub. Formal olaraq, yeni parlament dekabrın 8-dək onun namizədliyini dəstəkləməlidir.
Akif Nəsirlu

0.14601516723633