Avstriya kansleri vəzifəyə gəldikdən üç həftə sonra istefa verdi

 

Avstriya kansleri Aleksandr Şallenberq istefa verib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

O, öz sələfi və partiya yoldaşı, korrupsiya ittihamına görə vəzifəsini tərk edən Sebastian Kurtzun siyasətdən getdiyini açıqlamasının ardından bu qərarı verib.

Yayılan məlumatlara görə, hazırda hökumət başçısı vəzifəsinə ən real namizəd daxili işlər naziri Karl Nehammerdir.

Mənbə: “Haber Global”

0.18501710891724