Zaqatalada sabah qaz təchizatında fasilə yaranacaq

 

Zaqatala rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-də saat 09:00-dan işlər başa çatanadək “Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

0.13561487197876