Biləsuvarda yol qəzası baş verib, yaralılar var

 

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Kərgəlan kənd sakini, Quliyev Fəzail Ələkbər oğlunun idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.19457101821899