Lionel Messi yeddinci dəfə “Qızıl top” mükafatını qazanıb - FOTO

 

Parisdə “France Football” nəşri trəfindən təsis olunmuş “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, dünya futbolunda ən nüfuzlu fərdi mükafatın builki sahibi Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi olub.

Forvard yeddinci dəfə “Qızıl top”a yiyələnib.

Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildə təsis edilib və hər il dünya futbolunun ən yaxşılarına təqdim olunub. Yalnız 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.

 

0.12719011306763