Qədim Musiqi Alətləri Ansamblı yubileyini qeyd etdi – FOTO

 

Mədəniyyət Nazirliyinin yanında Qədim Musiqi Alətləri Dövlət Ansamblı 25 illik yubileyini təntənəli konsertlə qeyd edib.

Demokratikmusavat.com xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib.

Ansamblı növbəti yubileyi ilə təbrik etməyə gələnlər onun xalqımız üçün dəyərindən danışıblar.

Musiqi Mədəniyyəti Muzeyinin rəhbəri Alla Bayramova ansamblın tarixçəsindən, onun ərsəyə gəlməsində Xalq artisti Məcnun Kərimovun xidmətindən danışıb.

1996-cı ilin noyabrında Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ansambla “Dövlət” statusu verilib. 25 illik zaman kəsiyində ansambl ölkəmizdə və onun hüdudlarından kənarda bir çox konsertlərlə çıxış edib, xalqımızın qədim musiqi tarixini dünya ictimaiyyətinə çatdırıb, dövlətimizi layiqincə təmsil edib. Bunun müqabilində hər zaman dövlət dəstəyi ilə əhatə olunub. Hazırda ansamblda 3 Xalq artisti və 4 Əməkdar artist fəaliyyət göstərir.

Konsert proqramında həm xalq mahnıları, həm də kollektivin yaratdığı musiqi parçaları səsləndirilib.

Namiq Həsənli

0.16439890861511