Şahid ailəsinin mənzili təmir edilir

 

Paralel az xəbər verir ki, şəhidin ailə üzvlərinin yaşadığı paytaxtın Nəsimi rayonun Asif Məhərrəmov küçəsi 68a ünvanında təmir-bərpa işləri aparılır.

Şəhid Vüqar Məmmədovun ailə üzvlərinin yaşadığı 3 otaqlı mənzildə suvaq, santexnika, elektrik işləri görülüb. Hal-hazırda kafel, metlax və parket işləri davam etdirilir.

Bu barədə Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Akif Nəsirli

0.13578796386719