Türk mediası Asğabad sammitindən incilər paylaşır

 

Demokratikmusavat.com xəbər verir ki. Türkiyə mediasında Azərbaycan, Türkiyə, İran və Pakistan liderlərinin söhbəti zamanı lentə alınmış kadrı günün şəkli elan edib. Şəkil Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısından çəkilib.

Zirvə toplantısında İranın prezidenti Seyid İbrahim Rəisi deyib:

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır”.

“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək” - İlham Əliyev

“Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”, - dövlət başçısı qeyd edib.

Akif Nəsirli

0.14267992973328