Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb

 

Qazax rayonunda qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, hadisə Ürkməzli kəndində qeydə alınıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü V.Zeynalova xəstəxanaya yerləşdirilib.

Onun özünə xəsarət yetirdiyi bildirilsə də məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

0.14816904067993