Talanmış Kürdəxanı bağları -II

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d., dos. Mətanət Tağıyeva

II yazı

Torpağıma təcavüz olunan kimi Kürdəxanı Bələdiyyə sədri Ağaəli Məsimovla əlaqə saxladıq. Bildirdi ki, Xəlilovların adına bağ qeydə almayıblar. Daha sonra A. Məsimov bacılarımla bağımıza gedi və 35 m uzununa, 8 m eninə sahənin zəbtini təsdiqlədi. Dilavər və Ədalət Xəlilovlaraa Ağaəli dedi: "Hasar tikməyi davam eləsəz, işinizi pis edəcəksiz".  Bir neçə dəqiqə sonra özünü ifşa edən bələdiyyə sədri bacılarıma dedi: "Çalışın, qohumlarınızla dil tapın". Aygün bacım "əlilliyə baxmayaraq üç sotu qəpik-quruşa dəyişməyə ehtiyacımız yoxdur" deyə etiraz bildirdi. Sonra Ağaəli üç yerə şikayət ərizəsi yazmağı xahiş elədi: öz adına, Sabunçu Rayon Kürdəxanı İcra Nümayəndəsinə və 15 saylı Polis bölməsinə. Hələ ki, yalnız Məsimov mənə cavab yazıb və Ənvər dayımın kürəkənindən rüşvət aldığını, demək olar, etiraf edir. 
SİTAT: "517 saylı müqavilə ilə istifadənizə verilmiş 1200,0 kv.metr torpaq sahəsinin müqaviləyə əlavə olunmuş plan-sxemdə sahənin nömrəsi və koordinatları göstərilməmşdir. Bu səbəbdən Sizə ayrılmış torpaq sahəsinin, Dilavər və oğlu Ədalət Xəlilovların hasara aldığı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləştirmək mümkün olmamışdır. Bundan başqa istifadənizə verilmiş 1200,0 kv.metr torpaq sahəsinin hasara və çəpərə alınmaması səbəbindən torpaq sahənizlə qonşu torpaq sahələri ilə aranızda olan döngə nöqtələrini təyin etmək mümkün deyil".  SİTATIN SONU.Ay cənab Məsimov, bəs siz hansı səbəbdən saxtakar maklerə (mənim üç sotumdan əlavə) otuz sot torpağı hasarlarmağa icazə vermisiz? Axı sənədləşmə artıq dayandırılmışdır.  Axı 2008-ci ildə həmin otuz sot dayım Xanlar və xalam Sara tərəfindən anonim sahibkara satılmışdır. Axı torpağa bugün sahib çıxmaq üçün orada ən azı 30 il mülkiyyət hqüuqun olmalıdır. 30 illik müddət ikicə ayın içində nə tez əribi getdi?! Mənim daş hasarım olmasa da nişanım olmuşdur - cənub-şərq kənarında qurumağa gedən əncir ağacları və şərqdə 15-20 santimetr hündürlükdə 35 metr bağ boyu bərkimiş gil-qum zolağı var idi?Xatırladıram ki, 2005-ci qanunla 1-ci dərəcə əlilə 24 sota qədər torpaq icarəyə verilə bilərdi. Ovaxtki bələdiyyə sədri Kamil Əliyev mənim üçün 50 faiz güzəştlə 12 sot sənədləşdirdi, halbuki babamdan bizə 22 sot çatmışdı. Allaha şükür, cənub, şimal və qərb hüdudlarım qəsb edilməyib. Koordinatları göstərilmədiyini bəhanə edən bələdiyyə üçün 22 sot sahəni yenidən ölçmək belə çətindirmi?  Əgər torpaqları qeyri-dəqiq ölçürsürzsə, kimdən neçə sot təhvil aldığınızı və ananim sahibkara satdığınızı haradan bilirsiz? 
Yuxarıda göstərilənləri məmurlar məndən də yaxşı dərk eləyirlər. Ona görə də Kürdəxanı bələdiyyyəsi və İcra Nümayəndəliyində Xəlilovların adında torpaq rəsmiləşməyib, lakin onların pulundan vaz keçməyib əllərinə saxta COVİD pasportu qədər etibarlı sənəd veriblər. "Yazıq" qonşu-qohumlarım da özlərini haqlı sayaraq biz "biçarə" əlil bacıları qorxutmağa çalışırlar...

Ardı var.

Demokratikmusavat.com

0.1039559841156