Kürdəmirdə mikroavtobus aşıb: Yaralananlar var - FOTO

 

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.21539497375488