Dağıstanlı gənc Yakutiya əvəzinə “Taxt Oyunlar”ının çəkilişlərinə yollanıbmış - VİDEO

 

Dağıstandan olan Zurab Yusupov Yakutiyaya praktika adı ilə Şotlandiyaya - “Taxt Oyunları”nda (“Game of Thrones”) britaniyalı aktyor Kit Xarintonun əvəz etməyə yollanıb.

Film iki il əvvəl bitsə də, bu barədə indi məlum olub. Məsələ burasındadır ki, HBO ilə məxfilik sazişinə əsasən o, öz macəraları barədə üç il danışa bilməzmiş. Hazırda isə müddət başa çatdığı üçün Zurab bu barədə danışmağa qərar verib.

Onun sözlərinə görə, serialın fanatı olub və filmlə bağlı bütün insaydları, hətta spoylerləri toplayıb. Bu zaman kütləvi səhnələr və dublyorlar üçün müsabiqə elan edildiyini görüb. Maraq xatirinə o da ərizə verir. Ancaq gözlədiyinin əksinə olaraq onunla əlaqə saxlanılıb və Şotlandiyaya Con Snounun dublyoru kimi çəkilişlərə dəvət olunub.

O, çəkilişlərdə ən böyük qazancının Sofi Törner, Emiliya Klark və Piter Dinkleyclə tanışlığı olduğunu bildirib.

Hazırda dağıstanlı gənc özünü stendapda yoxlayır. Hər şeyi istədiyi kimi alınarsa filmə qayıda biləcəyini deyir.

Qeyd edək ki,  Amerika istehsalı olan fentezi və dram janrlı teleserial ABŞ-da 2011-ci ildə HBO kanalında yayıma başlayıb. Qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Bu serial Corc R. R. Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb.

Serial “Emmi” mükafatının 10 nominasiyada olub.

0.15730595588684