Göygöldə qadın dəm qazından zəhərlənib

 

Göygöl rayonunda gənc qadın dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, yaşadığı evdə dəm qazından zəhərlənən qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.24262380599976