Samuxda piyadanı maşın vurub

 

 

Samuxda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı avtomobil yolu keçmək istəyən İlqar Quliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

0.13795590400696