Əfqanıstandakı partlayışda beş uşaq öldü

 

Əfqanıstanın Tahar əyalətində minanın partlaması nəticəsində beş azyaşlı həyatını itirib.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, uşaqlar minanı şəhərə aparıb satmaq istəyiblər. Lakin daşınma zamanı sursat işə düşüb.

Mənbə: TASS

0.16891312599182