Mikayıl Cabbarova daha bir vəzifə verilə bilər

 

Demokratikmusavat.com xəbər verir ki,  Mikayıl Cabbarov Güləş Federasiyasına rəhbər seçilə bilər.

Bu seçkilərdən birinin də Azərbaycan Güləş Federasiyasında (AGF) olacağı gözlənilir. 

Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən gedən M.Cabbarovun oradan ayrılmasının səbəbinin də bununla bağlı olduğu qeyd olunur. 

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək. 

Hazırda Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirir. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edir.
A.Nəsirli

0.63750004768372