Yayda Azərbaycan klubuna keçən əcnəbi futbolçu komandadan göndərildi - FOTO

 

“Zirə” PFK Cyorqi Stoilovla yollarını ayırıb.

Demokratikmusavat.com xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 26 yaşlı futbolçu avqustda “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı. Lakin futbolçu cəmi 5 matçda Azərbaycan Premyer Liqasında oynamaq imkanı əldə edib. O bu matçlarda 3 sarı vərəqə alması ilə yadda qalıb.

Səbuhi Musayev

0.18446803092957