Qərb Rusiyanı nədə ittiham edir?

 

Demokratikmusavat.com xəbər verir ki,  rus mətbuatı Qərbin hərbi hazırlıqla yanaşı, Rusiyaya qarşı aktiv informasiya kampaniyası apardığından bəhs edib: “Əslində bu, 2014-cü ildən davam edir. Lakin ABŞ müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfərindən sonra bu, artıq əsl isteriyaya çevrilib.
 Qərb mediası və siyasətçiləri hər gün Rusiyanı Ukraynaya işğala hazırlaşmaqda ittiham edirlər. İddialara görə, Kreml genişmiqyaslı hücum üçün qoşun yeridir. Jurnalistlər hərbi texnika və şəxsi heyətin cəmləşdiyi yer kimi Smolensk vilayətində Yelnyanın adını çəkiblər.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı əvvəlcə bu məlumatı təkzib edərək, kəşfiyyatın rus qoşunlarının cəmləşməsini qeydə almadığını bildirib. Lakin sonradan Kiyev görünür, Vaşinqtondan yeni göstərişlər alıb. Ukrayna mediası Rusiyanın yaxınlaşan işğalı ilə bağlı məlumat verdi. Hətta tarixləri belə dedilər:  yanvarın sonu - fevralın əvvəli.
Şahmat taxtasında Vaşinqton üçün əsas yer Ukraynadır. Kiyev inadla Donbass probleminin hərbi yolla həllinə doğru irəliləyir. Yeganə məqsəd Rusiyanı müharibəyə sürükləmək, sonra da Kremli təcavüzdə ittiham edib yeni sanksiyalar tətbiq etməkdir.  Bu geosiyasi “partiyanın” son oyunu çox güman ki, yaxın aylarda oynanılacaq”.
Nigar

0.28419995307922