V. Putin Ş.Mişellə danışdi

 

Demokratikmusavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Telefon danışığı zamanı bir sıra aktual beynəlxalq problemlər müzakirə olunub.

"Vladimir Putin Şarl Mişelin xahişi ilə ona Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Məhz bu məsələlərə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə baxılması planlaşdırılır", deyə Kremlin məlumatında qeyd olunub.
Akif Nəsirli

0.17900013923645