ÇL: “Mançester Yunayted”lə, “Bavariya” səfərdə qələbə qazandılar

 

Bu gün UEFA Çempionlar Liqasında V tura start verilib.

Demokratikmusavat.com xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında keçiriləcək matçlardan artıq ikisi başa çatıb.

E qrupunda artıq növbəti mərhələyə çıxışını təmin etmiş Münhen “Bavariya”sı Kiyevdə qrupun autsayderi yerli “Dinamo”nun qonağı olub. Oyun gözlənildiyi kimi almanların qələbəsilə yekunlaşıb – 1:2.

“Vilyareal” – “Mançester Yunayted” matçı isə qrup liderliyi və pley-offa erkən çıxış baxımından əhəmiyyət kəsb edib. Gərgin keçən qarşılaşmada Ronaldu və Sançonun qolları həlledici olub. Səfərdə rəqibinə iki cavabsız topla qalib gələn Premyer Liqa klubu qrupda liderliyi ələ keçirərək Almaniyanın “Bayern”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” klublarının ardından növbəti məhrələyə vəsiqəni təmin edib – 2:0.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

“Dinamo” (Ukrayna) – “Bayern” (Almaniya) 1:2

F qrupu

“Vilyareal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2

0.14703297615051