Pravoslav, müsəlman və yəhudilərin dinlərarası turnirində ruhanilər yarışdılar - VİDEO

 

Rusiyanın Ufa şəhərində pravoslavlar, müsəlmanlar və yəhudilər dinlərarası voleybol turniri keçiriblər. Komandalar arasında Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin komandası daha güclü olub, ikinci yerə Ufa yeparxiyası, üçüncü yerə isə yəhudi icması çıxıb.

Yarışdan sonra qayğıkeş azarkeşlər də “top atmaq” qərarına gəliblər. Onlardan biri, Ufa yeparxiyasının missionerlik şöbəsinin müdiri Dionisiy Efimov əbada oynamağın əlverişsiz olduğunu etiraf etdi.

“Mənim oynadığım şəxs Ufanın birinci Cümə məscidinin imam-xətibi Əhməd-həzrət Əhmərovdur. Biz sona qədər bir yerdə azarkeşlik etdik. Sonra meydançaya çıxaraq, azca top vurmaq qərarına gəldik. Əlbəttə ki, bu, ruhani geyimidir və rəsmi formadır, lakin biz çox oynaq əhval-ruhiyyədəyik. Əbada, təbii ki, narahatdır. İdmanla idman geyimində məşğul olunmalıdır. Görüntülər internetdə yayılıb. Çoxları, istehza edir, amma olsun - əhəmiyyət vermirəm”, - deyə o, bildirib.

0.13036108016968