ABŞ-da basketbol oyununda kütləvi dava düşdü - VİDEO

 

 

ABŞ-da Milli Basketbol Assosiasiyasının (NBA) “Los Angeles Lakers”- “Detroit Pistons” oyununda basketbolçular arasında qalmaqal yaşanıb.

Belə ki, “Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms cərimə zərbəsi yerinə yetirilən zaman “Detroit Pistons”un hücumçusu Ayze Stüarta dirsəyi ilə zərbə endirib.

İki oyunçu arasında baş verən insident oyunda qalmaqala səbəb olub.  

Nəticədə hər iki basketbolçu meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma “Los Angeles Lakers”in (121:116) hesablı qələbəsi ilə yekunlaşıb.

0.18394589424133