“Çelsi”dən inamlı qələbə, “Mançester Yunayted” uduzdu

 

 

İngiltərə Premyer Liqasında 11-ci turun bəzi oyunları keçirilib.

Turun açılış matçında lider “Çelsi” səfərdə “Lester Siti”yə 3:0 hesabı ilə qalib gələrək öz mövqeyini möhkəmlədib.

Səfərdə “Uotford”un qonağı olan “Mançester Yunayted” qapısından dörd top buraxaraq, bunlardan yalnız birinin əvəzini çıxa bilib – 4:1.

Çempionatın üçücüsü “Vest Hem” də “Vuverhempton” səfərindən əliboş qayıdıb  - 1:0.

 

0.48151302337646