Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb

 

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb.

Komandamız yeddinci turda Niderland yığması ilə qarşılaşmada 2,5:1,5 hesablı qələbə əldə edib. Komandamızın qələbəsində Nicat Abasovun rəqibini məğlub etməsi həlledici rol oynayıb. Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovun qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qadınlardan ibarət yığmamız isə turnirin reytinq favoriti olan Rusiya yığması ilə üz-üzə gəlib. Komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.

0.17748713493347