Xavi debüt oyunu barədə danışdı: “Ümid edirəm işimizin nəticəsi ortaya çıxacaq”

 

 

“Barselona”nın baş məşqçisi Xavi komandanın sükanı arxasında keçirəcəyi debüt oyunu ilə bağlı gözləntilərini açıqlayıb.

“Komandanı düzgün istiqamətləndirmək üçün nə qədər vaxta ehtiyacım olduğunu bilmirəm. Bütün proses mən və məşqçilər korpusundan çox asılıdır. Bu həftə komanda ilə ciddi çalışmışıq, oyunçularla fərdi məşqlər etmişik, həmçinin vacib məsələləri müzakirə etmişik. Ancaq bizim vaxtımız yoxdur. Ümid edirəm ki, artıq sabah işimizin nəticəsi həm taktika, həm psixologiya, həm də nəticə baxımından ortaya çıxacaq. Bir şeyi deyə bilərəm ki, “Barselona”nın heyətini bəyənirəm. Biz ailəyik, bu əsl komandadır. Çox razıyam”, - deyə Xavi bildirib.

Xatırladaq ki, “Barselona” İspaniya çempionatının 14-cü turunda “Espanyol”la qarşılaşacaq.

Mənbə: Marca

0.19886589050293