Qarabağ-Omoniya qarşılaşmaşıni biletləri satışda

 

Demokratikmusavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Stadionda təşkil olunacaq Qarabağ - Omoniya futbol matçı üçün biletlər satışa çıxarılıb.

Qarşıdurma UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək.

Biletləri aşağıdakı satış məntəqələrindən almaq mümkündür:

Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qymətlər 3, 5, 10, 50 və 75 manat təşkil edir. COVİD-19 pandemiyası ilə əlaqədar tribunalara stadionun tutumunun 50% qədər azarkeş buraxılacaq.
Akif Nəsirli

0.17517900466919