Teymur Rəcəbovun rəqibi erməni olacaq

 

Demokratikmusavat.com xəbər verir ki, Teymur Rəcəbovun Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatında növbəti rəqibi erməni olacaq.

Bakılı Qrossmeyster müsabiqənin 6-cı turunda Haik Martirosyan ilə qarşılaşacaq. Oyun bu gün, 18 noyabr saat 18:00-da başlayacaq.

Komanda şəklində aparılan mübarizədə Rəcəbovla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Nicat Abbasov Azərbaycanı təmsil edən heyətə daxil olacaq.

“European Team Chess Championship 2021” turniri Sloveniyanın Çatez şəhərində təşkil olunur. 9 mərhələdən ibarət olan müsabiqədə Azərbaycan yığması 5 turu 3 qələbə və 2 bərabərliklə bitirib.
A.Nəsirli

0.23747706413269