Kişi kumite komandamız dünya çempionatında Hindistanla qarşılaşacaq: İrina finalı gözləyir

 

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında bu gün üç idmançımız mübarizə aparıb.

Demokratikmusavat.com-un xəbərinə görə, fərdi kata yarışlarında Roman Heydərov yarışıb.

O, İslandiya, Tayvan, Səudiyyə Ərəbistanı, İsveç, Kamerun, Qazaxıstan və Türkiyədən olan rəqibləri ilə bir qrupda yarışıb. Roman münsiflərdən toplam 24.34 xal toplayaraq türkiyəli Ali Sofuoğlunun ardından ikinci olaraq növbəti mərhələyə keçib.

O, daha sonra Misir, Almaniya, İsveç, Türkiyə, Tayvan, İndoneziya, Küveytli rəqibləri ilə yarışıb. Karateçimiz 25.14 xal toplayaraq türk və indoneziyalı rəqiblərinin ardından üçüncü mərhələyə yüksəlib.

Daha sonra idmançımız Cənubi Koreya, ABŞ, Yaponiya, İndoneziya, Türkiyə, Almaniya və Avstraliyadan olan rəqibləri ilə qarşılaşıb. Roman Heydərov 23.76 xal toplayaraq yeddinci olub.

Bu gün kişi kumite komandamız Xorvatiya ilə 2:2 oynayaraq, Hindistanla oynamaq üçün vəsiqə qazanıb. Qadın millimiz isə İtaliyaya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün fərdi kumite yarışlarında +84 kq çəki dərəcəsində Asiman Qurbanlı bürünc medal üçün Rodriqo Roxasla (Çili) qarşılaşacaq.

61 kq çəki dərəcəsində İrina Zaretskaya isə Silvia Semeraro (İtaliya) ilə final görüşünə çıxacaq.

Səbuhi Musayev

0.15171408653259