Serbiyalı futbolçular aldıqları 1 milyon avro mükafatı xəstə uşaqların müalicəsinə bağışladılar - FOTO/VİDEO

 

 

Serbiya milli komandasının futbolçuları Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bildikləri üçün aldıqları mükafatı xeyriyyə fonduna bağışlayıblar.

Serbiya millisi bazar günü Lissabonda Portuqaliya yığmasını 2:1 hesabı ilə məğlub edərək Dünya Çempionatına birbaşa vəsiqə qazanıb. Belqraddan Lissabona uçmazdan əvvəl Serbiya prezidenti Aleksandar Vuçiç millinin futbolçularına və məşqçilərə uğurlu nəticəyə görə bir milyon avro (1 942 550 manat) mükafat vəd etmişdi.

Qələbədən sonra pul Serbiya Futbol Federasiyasının hesabına köçürülüb. Futbolçular da bu vəsaitləri xeyriyyəçiliyə - xəstə uşaqlara yardım fonduna bağışlamağa qərar veriblər.

 

0.34189414978027