DÇ-2022: Xorvatiya qrup lideri, Rusiya ikinci oldu - VİDEO

 

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhləsinin sonuncu turu çərçivəsində H qrupunda keçirilən qarşılaşmalar artıq başa çatıb.

Liderlərin mübarizəsində Xorvatiya öz meydanında Rusiyaya minimal hesabla qalib gəlib – 1:0. Bu nəticədən sonra xorvatlar qrup lideri, ruslar isə ikinci yerin sahibi kimi DÇ-yə qatılmaq hüququ əldə ediblər.

Slovakiya səfərdə autsayder Maltanı 6 cavabsız qolla darmadağın edərək qrupda mübarizəni üçüncü pillədə başa vurub 6:0.

Sloveniya isə digər autsayder Kiprdən üstün olsa da (2:1) yalnız dördüncü yeri tuta bilib.

DÇ-2022

X TUR

H qrupu

Xorvatiya - Rusiya 1:0

Malta - Slovakiya 0:6

Sloveniya - Kipr 2:1

 

0.17762899398804