Azərbaycanda naməlum şəxsə aid meyit fraqmentləri aşkar edildi

 

Noyabrın 13-ü saat 12:00 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

0.11738896369934