Rais Rəsulzadə – 75

 

İşləməkdən doymayan, Azərbaycanın gözəlliklərini lövhələrdə əbədiləşdirməkdən usanmayan, mülayimliyi, nəzakətliliyi, təvazökarlığı, nəcibliyi illər, on illər boyu zərrə azalmayan Rais.

Heç vaxt şan-şöhrətli, izzətli, sayğılı soyadının kölgəsinə qısılmamış, bu soyadın verə biləcəyi bəhrələrdən yararlanmamış, əksinə, iftixarlı soyadını öz dəyərli əməlləri ilə bir qədər yüksəltmiş Rais.

Rais Rəsulzadənin yağlı boya ilə çəkdiyi çinarlar, Çaykənd yağışdan sonra, Qarabulaq kəndi, Göyçə kəndinin vadiləri, Quşçular kəndi, Abşeronda, Kəpəz Murovdağ, İsmayıllı, Lahıca gedən yol, Şəkidə bahar, Şuşada, Kürdə küləkli gün, Dəniz kənarında qəsəbə, Gədəbəy slavyanka mənzərəsi, Şahdağ neçə-neçə belə aydınlıq dolu rənglərin, onların saysız çalarlarının, bir-birinə ehmallı keçidlərinin yaratdığı bayram ovqatı göz oxşayır, ürək dincəldir qatarlanaraq bizə Azərbaycanın bu istedadlı rəssam, yurd vurğunu, gözləri ilə görünən misilsiz xəritəsini təqdim edir. Raqədim şumerdə Günəş demək idi, isişıq, istilik.

Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar rəssamı, Məhəmmədəmin yadigarı Rais Rəsulzadəni varlığında yaratdığı hər əsərdə var!

Var qədər ki, nəfəsi gedib-gəlir, həmişə onunla olacaq!

Axı o Rəsulzadədir, axı o rəmzdir! Axı o Məhəmmədəmin əmanətidir!

75 baharlı ilinizi təbrik edirik!

 

Rafael Hüseynovakademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri

Telman Nizamovtexnika elmlər doktoru, professor, Azərbaycan beynəlxalq mühəndislik akademiyasının akademiki, dövlət mükafatı laureatı.

Kamil MəmmədovAzərbaycan Respublikasının əməkdar mühəndisi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü

Səməd Səmədovdövlət qulluqçusu, respublikada tanınmış ağsaqqal

Sədiyar Səfərəliyev - dövlət qulluqçusu

Sadıq SadıqovAzərbaycan Respublikasının əməkdar müəllimi

Fərman Məhəmməd Əzizli - Azərbaycan Respublikasının əməkdar müəllimi, Qəbələ rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.

0.19625401496887