Abşeronda 15 yaşlı oğlan parkda bıçaqlandı

 

 

Abşeron rayonunda gənc oğlan bıçaqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 8-i saat 17:00 radələrində rayonun Xırdalan şəhəri ərazisində yerləşən parkların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2006-cı il təvəllüdlü T.Yunuszadəni aralarında yaranan şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

0.22490286827087