Azərbaycanlı kursantlar Türkiyədə şəhidləri andılar - VİDEO

 

Azərbaycanlı kursantlar şəhidləri anmaq üçün Türkiyənin İsparta vilayətində Davraz dağına çıxıblar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında video yerləşdirilib.

“Komandolarımız şəhidlərimizi yad etmək üçün İsparta/Eğirdirdə Davraz dağına çıxıb. Yürüşdə Azərbaycan və Somalidən olan kursantlar da daxil olmaqla 3 000 nəfər iştirak edib. Şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə məlumatda qeyd edilib.

 

0.15992999076843