Serbiyanın sabiq prezidenti: “Avropa İttifaqına ümid bəslənilmir”

 

“Xəzər dənizinin dibinin bölünməsi məsələsi Avropa İttifaqı üçün maraqlı olmalıdır”.

Demokratikmusavat.com-un məlumatına əsasən, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadic VIII Qlobal Bakı Forumunun “Qərbi Balkanların dəyərləndirilməsi: irəliyə gedən yol” panel müzakirələrində çıxışı zamanı deyib. 

O, Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub: “Qarabağ münaqişəsi hərbi yolla həll edildi, bu, regionda vəziyyəti dəyişdi”.

Eks-prezident deyib ki, Avropa İttifaqı ölkələri iqtisadi böhrandan çıxa bilmirlər:

“Avropa İttifaqı ölkələri miqrasiya böhranına məruz qaldı. Bu, Avropa İttifaqında çətin siyasi vəziyyətə səbəb oldu. Bu qurum strateji problemlərlə üzləşib. Artıq Avropa İttifaqına ümid bəslənilmir”, - deyə o əlavə edib.

Aqşin Kərimov

0.14232110977173