Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsdən XƏBƏR VAR

 

 

22 iyul 2021-ci il tarixində Neftçala rayonu, Bankə qəsəbə sakini,1989-cu il təvəllüdlü Mirağa Musayevin qəsdən öldürülməsi faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb.

Famil Baloğlanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.

0.15968704223633