Azərbaycanda dəhşətli qətl: Bibisini çəkiclə öldürüb, damarını kəsdi - VİDEO

 

 

Azərbaycanda kişi bibisini xüsusi amansızlıqla öldürüb.

İTV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Orxan Allahverdiyevin cinayət işi üzrə proses başa çatıb.

Belə ki, adıçəkilən şəxs bibisini çəkiclə vurub, bıçaqla damarını kəsərək qətlə yetirib.

Qeyd edək ki, 62 yaşlı Afət Allahverdiyeva Sabunçu rayonunda yerləşən öz evində öldürülüb. Hadisəni mərhumla bir evdə yaşayan qardaşı oğlu törədib.

30 yaşlı Orxan Allahverdiyev bibisini onun anası barədə işlətdiyi sözə görə öldürdüyünü bildirib.

0.13103699684143