İtkin düşən aktrisanın oğlu ondan imtina etdi - FOTO

 

Rusiyada bir neçə gün öncə , sonra isə çəkilişlərdə tapılan məşhur aktrisa Svetlana Svetliçnayanın oğlu Aleksey İvaşov anasından imtina edib.

“Bir həftə özü üçün gəzib; harada olub, bilinmir, kimlə olub, bilinmir. Dünən ad günüm idi, hətta onda da zəng etmədi”, - deyə oğlu şikayət edib.

İvaşov bildirib ki, bir gün əvvəl bütün gününü polis idarəsində keçirib, 81 yaşlı aktrisa tok-şou çəkilişlərində tapıldıqdan sonra isə anası ilə bütün əlaqələrini dayandırıb.

“Qoy o, istədiyi kimi yaşasın, Allah köməyi olsun. Bir daha onlara addımımı atmayacağam. Onun kaprizləri məni bezdirib”, - deyə kişi bildirib.

Xatırladaq ki, tamaşaçılara daha çox “Brilliant əl” filmindəki rolu ilə tanınan aktrisa itkin düşmüşdü. Bu barədə məşhurun qohumları polisə müraciət etmişdilər. Onun axtarışına iki qərargah, üç axtarış qrupu, iki informasiya koordinatoru və sair qoşulmuşdu.

Məlumata görə, könüllülərin böyük qismi bu işə cəlb olunduğu üçün Moskva ətrafında itkin düşmüş başqa bir şəxsin xilasına gecikilib.

Aktrisa isə bir neçə gün sonra tok-şou çəkilişlərində .

0.20017409324646