“Sabah” rusiyalı məşqçi ilə anlaşıb? - İDDİA

 

Rusiya Premyer Liqasında çıxış edən “Krasnodar” klubunun keçmiş baş məşqçisi Murad Musayev “Sabah”ın sükanı arxasına keçəcək.

Yayılan xəbərlərə görə, ötən cümə mütəxəssislə Azərbaycan klubunun nümayəndələri arasında görüş keçirilib və Musayev komandanın təlim-məşq bazasını ziyarət edib. Yaxın günlərdə tərəflər arasında razılaşmanın imzalanacağı gözlənilir.

Qeyd edək ki, Musayev ötən mövsüm Rusiya Premyer Liqasının 24-cü turunda “Krasnodar”ın öz meydanında “Axmat”a (Qroznı) 0:5 hesablı məğlubiyyətindən sonra vəzifəsindən istefa verib.

Mənbə: championat.com

0.13798093795776