Bakıda yeddi şəhidin birlikdə oxuduqları məktəbdə xatirə lövhələri qoyuldu, adlarına yeddi çinar əkildi – FOTO

 

Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş yeddi nəfərin - Azərbaycanın Milli Qəhrəmanı gizir Tahir Bağırovun, polkovnik-leytenant Babək Ramaldanovun, leytenant Vüqar Yarəhmədovun, Denis Əliyevin, Toğrul Ağalarlının, Orxan İsmayılovun və Elmir Umudlunun oxuduğu 59 nömrəli tam orta məktəbin həyətində onların xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, sayğı duruşu nümayiş etdirilib.

Bundan başqa, mərasimdə 165 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii komposiziya nümayiş olunub.

Tədbirin sonunda xatirə lövhəsinin önünə gül dəstələri qoyulub, şəhidlərin adını əbədiləşdirmək üçün onların xatirəsinə yeddi çinar ağacı əkilib.

0.14661192893982