Varlılar və kasıblar 

 
İnsanlar nə üçün Vətənlərini tərk edir?
 
Demokratikmusavat.com xəbər verir ki, hər bir insanin öz doğma vətənini tərk etməsi üçün əlində tutarlı səbəbləri olmalıdır. Bugünlərdə iki tanışımın olan-qalan nəyi vardısa satıb, birinin Türkiyəyə, digərinin isə Rusiyaya daimi yaşayış üçün köç etməsi, məni pərişan etməklə yanaşı, həm də bunun səbəblərini araşdırmağa sövq etdi. İlk əvvəl onu qeyd edim ki, ölkəni tərk edib, Rusiyaya köçənlərin əksəriyyəti kasıb, dolanışıqları çətin olan və sosial vəziyyətlərinini düzələcəyinə heç bir ümidi qalmayan insanlardır. Onlar hesab edirlər ki, Rusiyada iş tapmaqla öz yaşamlarını təmin edə bilərlər. Rusiyada həm də mənzil və torpaq almaq daha asandır. Yəni burada satdığı evinin qiymətinə orada həm ev ala, həm də kiçik də olsa iş qura bilər. Azərbaycanda isə məlum səbəblərdən (məmur özbaşınalığı, rüşvət, korrupsiya, inhisarçılıq və s.) bunu etmək mümkün deyil.
Nisbətən imkanlı, varlı vətəndaşlarımız isə heç nəyi satmadan Türkiyəyə və digər ölkələrə üz tuturlar. Son zamanlar dolların daha da bahalaşacağı, manatın dəyərdən düşəcəyi barədə gəzən söz-söhbətlər, pulu sandıqda saxlayanların da canına birə salıb. Onlar müxtəlif yollarla pullarını xaricə çıxararaq, əmlak sektoruna investisiya yatırmağa çalışırlar. 
Türkiyəyə və digər ölkələrə üz tutanların da, əsas arqumentləri odur ki, Azərbaycanda sosial və kommunal xidmət elə bir cəviyyədədir ki, normal insan buna dözə bilmir. Həmin insanlar hesab edirlər ki, Azərbaycan gəzmək, pul xərcləmək üçün yaxşı yerdir, yaşamaq üçün yox. Bu vəziyyətin yaxın gələcəkdə düzələcəyinə də, heç kimi inandırmaq mümkün deyil. Bu səbəbdən də, qazandıqları pulları (daha açıq desək, xalqdan və dövlətdən taladıqları) xaricə çıxarmaq üçün daşınmaz əmlak almaqla, həmin vəsaitləri qorumağa çalışırlar.
Hər iki halda açıq şəkildə özünü göstərən fakt odur ki, insanları vətənlərini tərk etməyə məcbur edən, təkcə məmur özbaşınalığı, rüşvət, korrupsiya və inhisarçılıq deyil, həm də sosial və kommunal xidmətlərin çox aşağı səviyyədə olmasıdır. Bizdə kommunal sektorda qiymətlər Avropanı vurub keçsə də, xidmətdə bunu hiss etmək belə, mümkün deyil.
İnsanlar isə ödədikləri pula görə, onlara normal xidmətin göstərilməsini istəyirlər. Məhz bu amil insanlarda yaşam məmnunluğu yaradır. Ölkəmizdə isə insanlar bu məmnunluğu yaşaya bilmədikləri üçün Vətənlərini tərk etmək məcburiyyətində qalırlar.
Yusif
0.12392497062683