Səmamız necə qorunur: Azərbaycanın hava hücumundan müdafiə imkanları

 

Döyüş əməliyyatlarının uğurla aparılması üçün düşmən üzərində hava üstünlüyünün əldə edilməsi vacibdir. Səmada üstünlük əldə etmədən hücum ya əks-hücum əməliyyatlarında qazanılan nailiyyəti nəinki inkişaf etdirmək, hətta əldə saxlamaq da çətindir. Havada üstünlüyü qazanmaq üçün düşmənin həm hava hücumundan müdafiə sistemlərini, həm hava hücum vasitələrini sıradan çxarmaq vacibir. Vətən Müharibəsinin təcrübəsi bu qaydaları bir daha təsdiqlədi.

Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün əsasən zərbə tipli pilotsuz uçuş aparatlarından istifadə etdi. Bunu təsdiqləyən çox sayda videokadrlar da mövcuddur. Düşmənin hava hücum vasitələrinin ya raketlərinin məhv edilməsini qeydə almaq elə asan məsələ deyil, çünki onun hansı vasitə ilə hansı istiqamətdən zaman hücum edəcəyi məlum olmur. Bu hücumun qarşısını almaq üçün istifadə ediləcək zenit-raket komplekslərinin bəziləri (məsələn, daşınan komplekslər) görüntü əldə etmək imkanlarına ümumiyyətlə, malik deyillər. Bunu nəzərə alaraq, Azərbaycan mətbuatında heç kimin toxunmadığı rəsmi orqanların açıqlamadığı, lakin Vətən Müharibəsində Qələbənin əldə edilməsi üçün mühüm əhəmiyyət daşıyan bir məsələyə toxunacağıq. Bu məqalə iləAzərbaycan Vətən Müharibəsində havada üstünlüyü hansı vasitələrlə əldə etdi?” sualına cavab verməyə çalışacağam.

 Möhkəm qalxan altında

 Vətən Müharibəsi zamanı cənub istiqamətindəBuk-2MBzenit raket kompleksi ilə düşmənin ən azı iki ədəd, 9K388 “İqla -Sdaşınan zenit raket kompleksi ilə bir ədədSu-25” hücum təyyarəsi məhv edilib. Mingəçevirə Gəncəyə atılan ballistik raketlər isəS-300” Buk-2MBkompleksləri ilə zərərsizləşdirilib. Naftalan şəhərinə düşmənin atdığı kasset tipliSmerçraketləri əsasənBuk-2MBkompleksləri tərəfindən Qaşaltı kəndinin üzərində aşağı yüksəklikdə zərərsizləşdirilib.

İsraildən əldə edilənBarak-8” zenit raket komplekslərindən isə Xızıya atılan iki ədəd orta mənzilli ballistik raketin zərərsizləşdirilməsində istifadə edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev düşmənin hücum təyyarələrinin məhv edilməsini həyata keçirən hərbi hissə bölmə komandirlərilə bərabər komplekslərin döyüş heyətini yüksək mükafatlarla təltif etməsi yuxarıdakı fəaliyyətləri təsdiqləyir, ehtimalların reallıq payını artırır.

Ümumilikdə müharibə zamanı Azərbaycanın HHM qoşunları yaxşı nəticələr nümayiş etdirib vəzifələrinin öhdəsindən gəlib. Mülki ərazilərimizə düşən raketlərə gəlincə, dünyanın heç bir HHM sistemi kütləvi hava hücumunun qarşısını tam almağa qadir deyil. Ballistik, taktiki qanadlı raketlərin tək-tək tətbiq ediləndə belə, zərərsizləşdirilməsi çətin məsələdir. Yüksək hündürlüklü trayektoriya boyunca manevrlər edən raketlərin məhv olunması müasir HHM qoşunlarının zəmanətlə həll edə bilmədiyi vəzifələrdəndir. Burada HHM komplekslərinin izləmə məhvetmə kanalının sayından hücum edən vasitənin radarlara görünmə əmsalına, kvaziballistik trayektoriyada uçuş yüksəkliyinə qədər müxtəlif faktorlar nəzərə alınmalıdır. Odur ki, hazırda HHM qoşunları Vətən Müharibəsinin müsbət mənfi nəticələrini araşdırır, ehtiyac duyulan raketlərin yeni komplekslərin alınması barədə tərəfdaşlarımızla müzakirələr aparır.

Müharibəyə hazırlıq dövründə əldə edilən əksər silah sistemləri əməliyyatlar zamanı özünü doğrultdu Qələbənin əldə edilməsinə böyük töhfə verdi, lakin bəzi silahların müharibədə tətbiqinə rast gəlmədik. Bu məsələ cənab Prezident İlham Əliyevi narahat etmişdi. Hesab edirəm ki, satınalmalara qərar verən rəhbər şəxslərin növbəti dəfə dövlət başçısını narahat etməyə cürətləri çatmayacaq.

 Vur, komandir, vur!”

 Mövzuya qayıdaq. Göründüyü kimi, düşmənin hava hücum vasitələrinin məhv edilməsində kiçik ölçülü daşınanİqla-SBuk-2MBözüyeriyən zenit-raket komplekslərinin uğurlu tətbiqinə dair məlumatlar mövcuddur. 9K38 “İqlaRusiyada istehsal edilənyer-havatipli daşınan zenit-raket kompleksidir. Daşınan zenit-raket kompleksləri müasir motoatıcı/tank hissə bölmələrinin arsenalında mövcud olan silahdır. Azərbaycanın sərhəd qoşunları da bu komplekslərə malikdir. “İqlanın daşınması istifadəsi bir əsgər tərəfindən yerinə yetirilir.

Nisbətən kiçik ölçüsü sayəsində müasir DZRK-ları asanlıqla daşımaq gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı nisbətən ucuz qiymətiİqlakomplekslərini çox populyarlaşdırıb. Daşına bilən HHM sistemlərinə aid olanİqla-Sdağlıq ərazilərdə effektlidir. Tank motoatıcı bölmələri düşmənin aşağı hündürlükdə uçan helikopter təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün uçuz istifadəsi asan DZRK-lar hazırda bahalı irihəcmli HHM batareya divizionlarını əvəz edə bilir. Təbii ki, burada kompleksin atəş məsafəsinin imkan verdiyi yüksəklikdən bəhs edirəm.

İqlazenit-raket kompleksindən düşmənin alçaqdan uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur. NATO tərəfindənSA-18” adlandırılır. İlkin variantı 9K310 “İqla-1” ya SA-16 “Gimletadlanırdı. 1983- ildə Sovet ordusunun silahlanmasına qəbul olunub. Ən son variantı isə 9K38 “İqla-S ya SA-24 “Grinchadlanır.

Rusiya ordusuİqla-Sdən 2004- ildən etibarən istifadə edir. Azərbaycan ordusunun slahlanmasında məhz sonuncu versiyadan olan 800 ədədİqla-S onun 1000-dən çox raketi yer alır.

İqlazenit-raket kompleksindən ilk dəfə Körfəz müharibəsi zamanı istifadə olunub. 1994- ildə isəİqlaraketi ilə Ruanda hökumətinə aid təyyarə vuruldu, nəticədə təyyarədə olan Ruanda Burundi prezidentləri həlak oldular. Peru Ekvador arasında baş verən müharibə zamanı hər iki tərəf bir-birinə qarşıİqlakompleksindən istifadə etdi. Çeçenistanda isə 2002-ci ildə ruslarınMi-26” helikopteri vurulub. Bundan başqa, Bosniya Ukraynadaİqlaraketlərindən hava hədəfləri məhv edilib.

Qarabağda ilk dəfəİqla-S” 2014- ilin avqustunda tətbiq edilib. Bu zamanİqla-Skompleksi ilə Ermənistan silahlı qüvvələrinə məxsusMi-24” tipli döyüş helikopteri mövqelərimizi atəşə tutmağa cəhd edərkən vuruldu hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət edən üç nəfər pilot həlak oldu (Həmin hadisə azərbaycanlılrın çoxunun yadındavur, komandir, vur!” qanadlı ifadəsilə qalıb).

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakıErebunihərbi aerodurumunda yerləşən 15-ci helikopter eskadrilyasına məxsus idi.

Vətən Müharibəsində isə cənub istiqamətində əməliyyat keçirən birliklərdən birinin zenit raket-diviziyası daşınanİqla-Skompleksi ilə düşmənin 1 ədədSu-25” hücum təyyarəsini məhv edib.

 Əsas qılınc deyil, qoldur

 Buk-M1” kompleksinə gəldikdə, Azərbaycan 2012-ci ildə bu kompleksin 3 divizion dəstini əldə edib. Bu, artıq zenit-raket alayı deməkdir. Divizionlar əlahiddə olaraq döyüş vəifələrini yerinə yetirirlər. M1 kompleksləri Belarus tərəfindənBuk-MBsəviyyəsində modernləşdirilib.

Kompleksin ən uğursuz döyüş istifadəsi Rusiya-Gürcüstan qarşıdurması zamanı baş verib. RusiyanınBukhava hücumundan müdafiə kompleksi tərəfindən hədəfin yalnış müəyyənləşdirilməsi nəticəsində Abxaziyanın L-39 təlim-döyüş təyyarəsi məhv edildi. Bənzər hadisə Suriyada da baş verib. İlk Çeçen müharibəsində əlahiddə zenit-raket divizionu Rusiya qoşunları tərəfindən istifadə edilib.

2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində gürcülərinBuk-M1” ZRK-larının 4 ədədSu-25” 1 ədədTu-22” təyyarəsini məhv etməsi Rusiya Müdafiə Nazirliyi tərəfindən rəsmən etiraf olunub.

17 iyul 2014- ildə RusiyanınBukkompleksi Donetsk vilayətinin şərqindəki Torez şəhərinin Qrabovo kəndi yaxınlığında MalaziyanınBoeing 777” sərnişin təyyarəsini 298 nəfər mülki şəxslə birlikdə məhv etdi. Hollandiya, Belçika, Avstraliya Ukraynadan nümayəndələrin daxil olduğu Birgə Təhqiqat Qrupu təyyarənin Rusiya Silahlı Qüvvələrinin 53- hava hücumundan müdafiə briqadasına aid kompleksdən vurulduğu barədə hesabat təqdim etdi.

Azərbaycan isə istehsalçısının kifayət qədər uğursuz istifadə etdiyiBuk-M1” komplekslərini modernləşdirməklə Vətən Müharibəsində düşmənin ən azı 2 ədədSu-25” döyüş təyyarəsini çox sayda raketlərini sıradan çıxardı (Rusiyanın özünün istifadəsində çətinlik çəkdiyi kompleksin Ermənistan hərbçiləri tərəfindən tətbiqi təxminənBöyük Gəzintifilmindəki məşhur səhnəni xatırladır).

Deməli, Azərbaycan Vətən Müharibəsində Rusiyanın istehsalı olan həm yaxın, həm orta, həm uzaq mənzilli ZRK-lara malikdir. Uzaq mənzilli kompleksləri kənara qoyuram. Onların təyinatı imkanları fərqlidir. Yaxın orta mənzilli ZRK-lara gəlincə isə, Azərbaycan heyətləri nəinki Ermənistandan, hətta istehsalçıdan belə daha üstün nəticələr əldə ediblər. Təbii ki, burada orta mənzilli silah sistemlərinin tərədaş ölkə mütəxəssisləri ilə modernləşdirməsini nəzərə almalıyıq.

 Heç kim havalanmasın!

 Azərbaycan Vətən Müharibəsinə qədər 3 özüyeriyən orta mənzilliBuk-MBdivizonuna 800 daşınan yaxın mənzilliİqla-Skompleksinə malik olubsa, onların müharibədə itkisi nəzərə alınmayacaq qədər kiçikdirsə, o zaman belə bir ideya yaranır: daşınan yaxın məzilli ZRK-nın özüyeriyən orta mənzilli kompleksin zirehli şassisinə inteqrasiyası daha məqsədəuyğun ola bilərmi? Bu ideya ilkin variantda hazırlığı kifayət qədər vəsait tələb edən daşınan kompleksin tuşlayıcısının zireh ilə qorunmasını təmin edə, ikinci variantda isə hər iki kompleksin tətbiqini bir nəfərə (“Buk-MBtuşlayıcısına) həvalə etməklə daha az sayda şəxsi heyətlə daha geniş spektrdə döyüş vəzifələrini icra etməyə imkan verə bilər.

DZRK-ların ayrıca olaraq personal daşıyıcısı tipli zirehli maşınlara yerləşdirilməsi aktual məsələdir müzakirəsi mümkündür. Belə bir modifikasiya motoatıcı hissə bölmələrin hava hücumundan müdafiə sahəsində manevr imkanlarını artırmaqla bərabər, düşmənin ərazimizə istiqamətlənən hava hücum vasitələrinə daha uzaq məsafələrdə müdaxilə etməyə imkan yaradar.

Sərhədlərin demarkasiyasından sonra sülh sazişi imzalansa belə, Ermənistan ən azı yaxın perspektivdə düşmən ölkədən ehtimal olunan rəqib ölkəyə çevriləcək. Gələcəkdə yeni müharibəni mülki əhalimizin bombalanmasını kimsə istisna edə bilməz. İranın da havada müəyyən fokusları olub yenə ola bilər. Müharibə zaman Rusiyanın hərbi dairələrinin Xəzər dənizi üzərində sərhədlərimiziyalayaraquçuşlar keçirməsini unutmamışıq.

Bütün sadalanan faktları nəzərə alaraq, hava məkanımızın sərhədlərimizin etibarlı şəkildə qorunmasını daim prioritet məsələ olaraq diqqətdə saxlamalıyıq. Hər bir sahədə qənaət edə bilərik, amma HHM təhlükəsizlik məsələsində əsla!

 Ədalət Verdiyev,

hərbi ekspert

0.14397597312927